Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycandakı sığorta şirkətlərinin daxilolmaları 30,8 mln. manat, ödənişləri isə 8,3 mln. manat təşkil edib

Yanvar-fevral aylarında Azərbaycandakı sığorta şirkətlərinin daxilolmaları 30,8 mln. manat, ödənişləri isə 8,3 mln. manat təşkil edib
# 21 aprel 2009 07:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən 2009-cu ilin yanvar-fevral aylarında toplanan sığorta haqlarının həcmi 30,82 mln. manat, sığorta ödənişləri isə 8,25 mln. manat təşkil edib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində «Həyat sığortası» üzrə daxilolmaların həcmi 142,71 min manat, «Qeyri-həyat sığortası» üzrə isə 25,051 mln. manat olub.
Cari ilin ilk iki ayında ən çox sığorta haqqı «Hava nəqliyyatı vasitələrinin sığortası» (5,690 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (4,645 mln. manat), «Tibbi sığorta» (4,521 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (3,740 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (3,054 mln. manat) və «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (2,329 mln. manat) növləri üzrə toplanılıb. Bu sığorta növlərinin məcmu daxilolmalarda payı müvafiq olaraq 18,5%, 15,1%, 14,5%, 12,1%, 9,9% və 7,6% təşkil edib.
Ödənişlərə gəldikdə isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (2,519 mln. manat), «Tibbi sığorta» (1,740 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (1,415 mln. manat) növləri üzrə ödənilib. Bu növlərin məcmu ödənişlərdə xüsusi çəkisi isə müvafiq olaraq 30,5%, 21% və 17,2%-ə bərabər olub.
Qeyd edək ki, hesabat dövründə «Həyat sığortası» növləri üzrə 149 min manat, «Qeyri-həyat sığortası» növləri üzrə isə üzrə 6,391 mln. manat həcmində ödəniş aparılıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR