Bank Of Baku

Azərbaycanda lizinq portfelinin həcmi son 6 ildə 231 dəfə artıb

Azərbaycanda lizinq portfelinin həcmi son 6 ildə 231 dəfə artıb
# 21 aprel 2009 09:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda lizinq portfelinin həcmi 208 mln. ABŞ dollarına çatıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) prezidenti Elçin Əhmədov bildirib.
E.Əhmədovun sözlərinə görə, əgər 2003-cü ilin may ayında ölkənin lizinq portfeli 900 min dollar təşkil edirdisə, hazırda bu göstərici 231 dəfə artaraq 208 mln. dollara çatıb: «Bu da onu göstərir ki, Azərbaycanda lizinq sektorunun potensialı böyükdür».
ALŞA-nın prezidenti onu da bildirib ki, Azərbaycanda lizinq sektoru əsasən tikinti və nəqliyyat sahələrini əhatə edir. Bundan başqa, emal və kənd təsərrüfatı sahələrində də müəyyən irəliləyiş müşahidə olunur.
E.Əhmədov həmçinin qeyd edib ki, Azərbaycanda lizinq sektorunun ÜDM-də payı 0,43% təşkil edir.
Qeyd edək ki, ALŞA 2005-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə yaradılıb. Hazırda Assosiasiyaya 8 daimi və 2 müşahidəçi statuslu şirkət üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR