Bank Of Baku

Azərbaycanda sığorta bazarının nisbi inkişafı müşahidə olunur

Azərbaycanda sığorta bazarının nisbi inkişafı müşahidə olunur
# 21 aprel 2009 10:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda toplanılan sığorta haqlarının ÜDM-ə nisbəti 2009-cu ilin yanvar-fevral ayları üzrə 0,79% təşkil edib. Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin ilk iki ayı ərzində sığorta bazarında məcmu sığorta haqlarının həcmi 30,825 mln. manat, ÜDM-in həcmi isə 3,9 mlrd. manat təşkil edib.
Sığorta haqlarının ÜDM-ə nisbəti sığorta bazarının inkişafını əks etdirən əsas göstəricilərdən biridir. Bu göstəricinin dinamikası ötən ilki azalmandan sonra bu ilin yanvar-fevral ayları üzrə kəskin artım nümayiş etdirir:




Cədvəldən göründüyü kimi, ötən ilin yekunlarına görə, sığorta yığımlarının ÜDM-ə nisbəti son zamanlar ən minimal həddə çatmışdır, lakin hazırda bu göstərici üç illik maksimuma yaxınlaşıb. Digər tərəfdən bu göstəricinin artmasını nəzərə alsaq belə, onun hələ də kiçik səviyyədə qalmasını etiraf etmək lazımdır.
Qeyd edək ki, inkişaf etmiş Avropa ölkələrində bu göstərici 8-10%, inkişaf edən ölkələrdə 2-3% təşkil edir. Azərbaycanda isə, göründüyü kimi, bu rəqəm 1%-dən aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR