Bank Of Baku

«AtaLeasing» nizamnamə kapitalını artırır

«AtaLeasing» nizamnamə kapitalını artırır
# 21 aprel 2009 10:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» ASC bu il ərzində nizamnamə kapitalını iki dəfə artıraraq 2 mln. manata çatdırmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədri Yusif Müslümov məlumat verib.
Y.Müslümovun sözlərinə görə, əlavə səhm emissiyanın yerləşdirilməsi prosesinə bu ilin ikinci yarısında başlanılacaq və bunun ödənilməsi ilin sonunadək başa çatdırılacaq. Nizamnamə kapitalının şirkətin mövcud səhmdarları hesabına artırılması planlaşdırılır.
Bundan başqa Y.Müslümov 2009-cu il ərzində şirkət tərəfindən lizinq bazarına yeni məhsulların təqdim edilməyəcəyini bildirib: «Bu il ərzində yeni məhsulların hazırlanması nəzərdə tutulmur. Dünya maliyyə böhranı ilə bağlı müştərilərimiz çox təsirə məruz qalıb». Y.Müslümov bildirib ki, hazırda şirkətin debitor borclarının qaytarılma səviyyəsi 80%-ə bərabərdir.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin lizinq portfeli 3,510 mln. manat, məcmu kapitalı 1,266 mln. manat və nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR