Bank Of Baku

(R)«Əmrahbank»ın səhmdarlarının ümumi yığıncağı və Müşahidə Şurasının iclası keçirilib

<font color=red>(R)</font>«Əmrahbank»ın səhmdarlarının ümumi yığıncağı və Müşahidə Şurasının iclası keçirilib
# 21 aprel 2009 10:23 (UTC +04:00)
2009-cu il mart ayının 2-də Bakı şəhərində yerləşən «Hyatt Regency» mehmanxanasında «Əmrahbank» ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı və Müşahidə Şurasının iclası keçirilmişdir.

Ümumi Yığıncaqda bankın səhmdarları c-b Yunis İldırımzadə, c-b Əmrah İldırımzadə və c-b Xaliq İldırımzadə, habelə Bankın xarici səhmdarı olan «Beynəlxalq İnvestisiya Bankı»-nın nümayəndələri (c-b Aabed Al Zira və c-b Muhammməd Hadi Mecai) iştirak etmişlər. Ümumi Yığıncaq tərəfindən aşağıdakı qərarlar qəbul olunmuşdur:

- Nizamnamə kapitalının məbləğinin 5.1 mln AZN artırılması;
- Bankın Audit Komitəsinin sədrinin və üzvlərinin təyin olunması: İkram Hümbətov (Audit Komitəsinin Sədri, «Əmrahbank»), Əhməd Kərimov - üzv (Risklərin İdarə Olunması və Daxili Nəzarət Departamenti, «Azercell»), Mazar Calal – üzv (Aktivlərin İdarə Olunması, «Beynəlxalq İnvestisiya Bankı»);
- Bankın yeni strateji baxışı və missiyasının təsdiq edilməsi.

Müşahidə Şurasının iclasında c-b Yunis İldırımzadə (Müşahidə Şurasının Sədri), c-b Aabed Al Zira (Müşahidə Şurasının Sədrinin müavini) və müşahidə şurasının üzvləri c-b Elnur Əmikişiyev, c-b Kamal Məmmədzadə, c-b Muhamməd Hadi Mecai iştirak etmişlər. İclasda aşağıda qeyd edilən məsələlər təsdiq edilmişdir:

- Bankın yeni strateji planı;
- 2009-cu ilin büdcəsi;
- Daxili komitələrin üzvlərinin təyin edilməsi.

«Əmrahbank»ın Maliyyə Departamentinin Direktoru c-b Fazil Hüseynov Bankın 31 dekabr 2008-ci il tarixinə olan aşağıdakı maliyyə göstəriciləri barəsində ətraflı məlumat vermişdir:

- Xalis mənfəət – 3,4 mln. AZN
- Məcmu kapital – 21,8 mln. AZN
- Ümumi aktivlər – 62,4 mln. AZN.

1993-cü ildə təsis edilmiş «Əmrahbank» Azərbaycanın ilk və aparıcı kommersiya banklarından biridir. Bank həm korporativ müştərilərə, həm də fiziki şəxslərə geniş çeşidli bankçılıq məhsullarını o cümlədən, depozit hesablarının açılması, kreditlərin verilməsi, pul köçürmələri, sənədli əməliyyatlar, investisiyalar üzrə biznes məsləhətləri və s. təklif edir.

«Əmrahbank» Azərbaycan bank bazarında mənfəətlilik göstəricilərinə görə aparıcı yerlərdən birini tutan (31 dekabr 2008-ci il tarixinə kapitalın gəlirlik səviyyəsi üzrə birinci üçlükdə) və Azərbaycanın müxtəlif regionlarında geniş filiallar şəbəkəsinə malik olan banklardan biridir (31 dekabr 2008-ci il tarixinə filialların sayı üzrə ilk səkkizlikdə).

Bank müxtəlif təşkilatların, o cümlədən, Depozitlərin Sığortalanması Fondu, İpoteka Fondu, Sahibkarlığa Yardım Milli Fondu, Azərbaycan Banklar Assosiasiyası və s. təsisatların üzvüdür. Son zamanlar Bəhreyndə yerləşən və Bankın nizamnamə kapitalının 49% səhmdarı olan «Beynəlxalq İnvestisiya Bankı» ilə yaradılmış strateji əməkdaşlıq əlaqələri «Əmrahbank» daxilində bir çox sahələrin, o cümlədən, üçün korporativ idarəetmə sisteminin, beynəlxalq əməkdaşlıq əlaqələrinin, məhsul və xidmətlərin çeşidi və keyfiyyətinin artırılması və s. sahələrin inkişafında mühüm rol oynamışdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR