«Əmrahbank» nizamnamə kapitalını 40% artırır
Ümumi yığıncaqda aparılan müzakirələr zamanı səhmdarlar tərəfindən bankın nizamnamə kapitalının 5,1 mln. manat artırılması, Audit Komitəsinin üzvlərinin təyin edilməsi, bankın yeni missiya və məqsədinin təsdiq olunmasına dair qərarlar qəbul olunub. Eyni zamanda, Müşahidə Şurası bankın yeni strateji planı, 2009-cu il üzrə illik büdcənin təsdiqi və Daxili Komitənin üzvlərinin təyin olunmasına dair qərar qəbul edib.
Bununla yanaşı, «Əmrahbank»ın maliyyə direktoru Fazil Hüseynov bankın cari ilin yanvar ayının 1-nə olan maliyyə göstəricilərini açıqlayıb. Belə ki, F.Hüseynovun sözlərinə görə, yanvarın 1-nə bankın ümumi aktivlərinin həcmi 62,4 mln. manat, məcmu kapitalı 21,8 mln. manat, xalis mənfəəti isə 3,4 mln. manat olub.
Qeyd edək ki, 1993-cu ildə yaradılan «Əmrahbank» SKB ölkənin aparıcı kommersiya banklarından biridir. Bank müştərilərinə depozitlər, kreditlər, pul köçürmələri, sənədli əqdlər, investisiya məsləhətləri və digər geniş çeşidli pərakəndə və korporativ xidmətlər göstərir. Ötən ilin yekunlarına görə, bank respublikada ROE əmsalı üzrə üçüncü, filial şəbəkəsi baxımdan isə səkkizinci yeri tutub.
Bank həmçinin Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan İpoteka Fondu, Sahibkarlığa Kömək Milli Fondu və s. ixtisaslaşmış təşkilatların üzvüdür.
Mərkəzi Bəhreyndə yerləşən Beynəlxalq İnvestisiya Bankı (BİB) ilə bu yaxınlarda qurulan strateji tərəfdaşlıq (49%-lik səhm paketi) «Əmrahbank»ın bir sıra sahələri, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin keyfiyyəti və çeşidinin daha da genişləndirilməsində mühüm rol oynayır.
Xatırladaq ki, BİB Bəhreyndə investisiya bankı kimi təsis edilib. BİB-in səhmdarları sırasına ərəb ölkələrini təmsil edən yüksək şəxsi kapitala malik şəxslər, maliyyə evləri və nüfuzlu maliyyə institutları daxildir. Bank öz fəaliyyətini əsasən üç istiqamətdə həyata keçirir ki, bura fərdi sərmayələr, daşınmaz əmlak və aktivlərin idarə edilməsi daxildir. BİB Orta Şərq və Avropanın bir çox inkişaf etmiş ölkələrində 2,2 mlrd. ABŞ dollarından artıq həcmdə investisiyaların yerləşdirilməsində iştirak edib. «Əmrahbank» ilə birgə fəaliyyətdə də BİB-in əsas məqsədlərindən biri Azərbaycanda, eləcə də MDB ölkələrində böyük məbləğli investisiyalar yatırmaqdan ibarətdir.
Xatırladaq ki, 2009-cu ilin əvvəlinə «Əmrahbank»ın aktivlərinin həcmi 62,396 mln. manat, depozit portfeli 32,688 mln. manat, kredit portfeli 39,583 mln. manat, məcmu kapitalı 21,775 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib. Bankın respublika üzrə 22 filialı, 2 mübadilə məntəqəsi, 12 bankomatı və 34 POS-terminalı fəaliyyət göstərir.
Maliyyə
S&P: Paşinyanın qələbəsi Azərbaycanla sülh prosesini sürətləndirə bilər
2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisə daxil olub
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Xəbər Lenti
Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Elnarə Akimova: Uşaqların rəqəmsal mühitdə qorunması dövlətin prioritet vəzifələrindən biridir
“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib - FOTO
ADY mayda yük daşımalarını 20%-dən çox artırıb
Hakan Fidan: Türkiyə Ermənistanla dialoqu Azərbaycanla koordinasiyada davam etdirir
Goranboyda yol qəzasında iki nəfər ölüb, 5 nəfər xəsarət alıb- FOTO - YENİLƏNİB
KİV: Netanyahu Trampla danışıqdan sonra İrana planlaşdırılan hücumları ləğv etməyi düşünür
Aİ Hörmüzün blokadasında iştirak etdiklərinə görə iki iranlıya və SEPAH-ın bölməsinə sanksiya tətbiq edib
Şirvanda 28 yaşlı usta hündürlükdən yıxılaraq ölüb
S&P: Paşinyanın qələbəsi Azərbaycanla sülh prosesini sürətləndirə bilər
Pezeşkian: İran nə meydanı, nə də danışıqlar masasını tərk edib
Azərbaycan və Vyetnam prokurorluqları əməkdaşlıq proqramı imzalayıb
İran İsrailə zərbələri dayandırıb, Livana hücumlar davam edərsə, daha şiddətli cavabla bağlı xəbərdarlıq edib
2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisə daxil olub
Tramp: İsrail və İran təcili atəşkəs istəyir, amma “axmaqlıq” sülhə mane ola bilər
Azərbaycan–Gürcüstan–Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb - FOTO
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Azərbaycana gətirilmiş ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir - FOTO
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Ermənistanda seçkilər: Azərbaycanın yaratdığı yeni reallığın nəticəsi - TƏHLİL
Çayların mühafizə zolaqlarına müdaxilə hallarına qarşı tədbirlər keçirilib
Lisey və gimnaziyalara qəbul başlayır
Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib
Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır - FOTO - YENİLƏNİB
Kreml Ermənistanda seçkilərin nəticələrini qiymətləndirməkdən çəkinir
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşüb
“Tasnim”: İran uzunmüddətli müharibəyə hazırlaşır
Fransa parlamentində Korsika ilə bağlı qanun layihəsi səsverməyə çıxarılacaq
Kəşmirdə toqquşmalarda 11 nəfər ölüb, 70-dən çox yaralı var
Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır
IDF İranla müharibənin yenidən başlayacağını gözləyir, CENTCOM-la “tam koordinasiya” olduğunu bildirir
Qaxda 1 ton çətənə kolu məhv edilib
Bakıda Azərbaycan–Litva dostluğuna həsr olunmuş tədbir keçirilib - FOTO
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
Gürcü spiker Aİ-ni Ermənistanda müxalifətçilərin həbsinə reaksiya verməməkdə ittiham edib
Avropada təbii qaz illik müqayisədə 35% bahalaşıb
Natiq Məmmədli: Media rəqəmsal savadlılığın artırılması, gənc nəslin qorunması istiqamətində fəaliyyət göstərməlidir
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir
Nazir müavini: Sosial media platformalarının siyahısı müəyyən ediləcək
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Mətbuat Şurasının sədri: Valideynlər virtual mühitdə övladlarına nəzarət etməlidir
Qubada sel avtomobil yolunu yararsız hala salıb, tədbirlər görülür - FOTO
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirib
Filippində güclü zəlzələdə ölənlərin sayı 19-a çatıb, 7 nəfər itkin düşüb - YENİLƏNİB
Papuaşvili Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının görüşünün əhəmiyyətindən danışıb
Həftəsonu 4 nəfəri avtomobil vuraraq öldürüb, 2 nəfər xəsarət alıb
İsrail ordusu: İrana qarşı genişmiqyaslı hava zərbələri başa çatıb, strateji müdafiə sistemləri məhv edilib