Bank Of Baku

«UniLeasing» şirkəti son bir ildə lizinq portfeli 28% artırıb

«UniLeasing» şirkəti son bir ildə lizinq portfeli 28% artırıb
# 21 aprel 2009 12:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 42,5 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28% çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünün nəticələrinə əsasən, şirkətin lizinq müqavilələrinin sayı son bir ildə 49% ataraq 778-ə çatıb.
Bundan başqa, bu dövr ərzində lizinqə verilən avadanlıqların dəyəri 15,3% artaraq 62,5 mln. dollar, həmçinin il ərzində iqtisadiyyata yatırılan investisiyaların həcmi 14% artaraq 28,1 mln. dollar təşkil edib. Bu müddət ərzində şirkətin nizamnamə kapitalı sabit qalaraq 1,8 mln. manat olub.
Qeyd edək ki, şirkətinin nümayəndəlikləri respublikanın Şimal-Qərb, Cənub-Şərq, Şimal, Şimal-Şərq və Mərkəzi regionlarını əhatə edir. Şirkətin Gəncə, Lənkəran, Şəki, Quba və Saatlıda nümayəndəlikləri var.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR