Bank Of Baku

Vergilər Nazirliyi: «Baku Steel Company»də vergi yoxlaması aparılmır»

Vergilər Nazirliyi: «Baku Steel Company»də vergi yoxlaması aparılmır»
# 21 aprel 2009 12:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi ölkənin aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkətində vergi yoxlamalarının aparılması barədə xəbərləri təkzib edib.
Vergilər nazirinin mətbuat katibi Fariz Səmədovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda nazirlik «Baku Steel Company» şirkətində heç bir vergi yoxlaması aparmır.
Nazirlik nümayəndəsi xatırladıb ki, ümumiyyətlə, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi məqsədilə maliyyə intizamı və maliyyə hesabatlarının yoxlanılması prosesi yoxlanılan strukturun gündəlik fəaliyyətinə mane olmadan aparılır: «Orada vergi yoxlamaları aparılsa belə, bu, heç bir formada istehsal prosesinə təsir göstərmir».
Xatırladaq ki, bundan öncə zavodda istehsalın bir neçə dəfə dayandırılması xammal qıtlığı, tələbatın və müvafiq olaraq satışın azalması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR