Bank Of Baku

Azərbaycan Ermənistanı ÜDM-in həcminə görə 4 dəfə, dövlət büdcəsinin həcminə görə isə 6 dəfə qabaqlayır - ARAŞDIRMA

Azərbaycan Ermənistanı ÜDM-in həcminə görə 4 dəfə, dövlət büdcəsinin həcminə görə isə 6 dəfə qabaqlayır - <font color=red>ARAŞDIRMA</font>
# 21 aprel 2009 13:29 (UTC +04:00)
ÜDM-in strukturunda sənaye istehsalının xüsusi çəkisi 13%, kənd təsərrüfatı 15,7%, tikinti 27,1%, ticarət, nəqliyyat, rabitə, ictimai iaşə 17,5%, xidmət sektorunun xüsusi çəkisi isə 34,3% təşkil edib. Qeyd edək ki, 2007-ci ildə iqtisadi artım 13,8%-ə bərabər olub. Ötən il ərzində Ermənistanda sənaye istehsalının həcmi 2%, əsas kapitala yönəldilən investisiyalar 1,7% artdığı halda, yükdaşımaların həcmi 11,6% azalıb.
Ermənistanın min ən iri vergiödəyiciləri tərəfindən dövlət büdcəsinə ötən il ərzində 445,9 mlrd. dram vəsait köçürülüb. İri vergiödəyicilərinin siyahısına «K-Telecom» şirkəti başçılıq edir. Şirkət tərəfindən ödənilən vergilərin həcmi 30,8 mlrd. dram təşkil edib. Sonrakı yerləri «ArmRosqazprom» (17,9 mlrd. dram), «ArmenTel» (15,1 mlrd. dram), Zəngəzur Mis-Molibden Kombinatı (14,4 mlrd. dram), «Aleks-Qriq» (12,5 mlrd. dram) şirkətləri tutur.
Əhalinin alıcılıq qabiliyyətinin qiymətləndirilməsi üçün vacib göstəricilərdən biri olan orta aylıq əmək haqqının həcmi 2008-ci ildə 91 min dram (təxminən 298 ABŞ dolları) təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisindən 17,4% çoxdur. O cümlədən, büdcə təşkilatlarında işçilərin əmək haqqı 64,8 min dram (artım 18,6%), qeyri-büdcə təşkilatlarında isə 113,9 min dram (artım 16,3%) təşkil edib.
Eyni zamanda, 2008-ci ilin sonuna Ermənistanda işsizliyin göstəricisi 6,3% təşkil edib ki, bu da 2007-ci ilin yekunlarına nisbətən 0,7 faiz bəndi azdır. Belə ki, Ermənistan Dövlət Məşğulluq Xidməti tərəfindən qeydə alınmış iş axtaranların sayı 2008-ci ilin sonuna 90,2 min nəfər, işsiz statusunu almış şəxslərin sayı 74,7 min nəfər olub. Ölkənin Milli Statistika Xidmətinin hesablamalarına görə, ötən ilin sonuna Ermənistanda iqtisadi fəal əhalinin sayı 1 194,6 min nəfər olub, işsizliyə görə orta aylıq müavinətin məbləği isə 14,280 min dram (46,8 dollar) təşkil edib.
Ermənistan Mərkəzi Bankının pul-kredit siyasəti proqramına əsasən, cari ilin ilk yarısında ölkədə 1,5-3,5%-lik iqtisadi artım gözlənilir. Ümumilikdə isə, 2009-cu ildə bu göstərici 4,5-7,5% səviyyəsində proqnozlaşdırılır. Mərkəzi Bank bu il ərzində ölkədə dünya tələbatının azalması və hökumətin müxtəlif proqramlarının həyata keçirilməsində ləngimələrlə əlaqədar iqtisadi artımın azalması risklərinin üstünlük təşkil edəcəyini düşünür.
Qeyd edək ki, hökumət tərəfindən artıq dövlət büdcəsinin yenidən bölüşdürülməsi və 2010-2012-ci illər üzrə ortamüddətli xərclənmə proqramının işlənməsinin dayandırılması barədə qərar qəbul edilib. Maliyyə Nazirliyinin hesablamalarına görə, büdcə gəlirlərinin risk səviyyəsi, yəni icra olunmaması 131,6 mlrd. dram həcmində qiymətləndirilir və bu həcmin icrası cari ilin sonuna keçirilir. Ümumilikdə, 2009-cu il üçün Ermənistanın dövlət büdcəsinin gəlirləri 905 mlrd. dram (2,4 mlrd. dollar), xərcləri isə 945 mlrd. dram (2,52 mlrd. dollar) həcmində nəzərdə tutulub.
Ermənistan iqtisadiyyatında son vaxtlar baş verən əsas hadisələrdən biri milli valyutanın devalvasiyasıdır. Belə ki, cari ilin ilk rübü ərzində dram 23% ucuzlaşıb. Yəni, ilin əvvəlində 1 dolların dəyəri 305 dram təşkil etdiyi halda, aprelin əvvəlinə bu göstərici artıq 375 drama çatıb. Xarici ticarət dövriyyəsinin 85-87%-i idxalın payına düşdüyü bir ölkə üçün dramın devalvasiyası çox mənfi təsirlidir, çünki birbaşa olaraq idxal olunan malların qiymətini ən azı həmin səviyyədə (devalvasiya tempinə uyğun) artırır. Digər tərəfdən, ixrac baxımından çox zəif olan belə bir ölkənin hazırda dünya iqtisadi böhranına qarşı davamlığı da çox aşağı səviyyədədir.
Müqayisə üçün bildirək ki, 2008-ci ildə Azərbaycanda istehsal olunan ÜDM-in həcmi 38 005,7 mln. manat (47,5 mlrd. dollar) təşkil edib ki, bu da illik 10,8% artım deməkdir. Ölkədə orta aylıq əməkhaqqı isə ötən ilin yekunlarına görə, 268 manat və ya 331 dollara bərabər olub. Eyni zamanda, Azərbaycanda işsiz olanların sayı 44,4 min nəfərə bərabərdir ki, bu da işsizliyin təxminən 1,2% səviyyəsində olması deməkdir. Ermənistandan fərqli olaraq, Azərbaycanın xarici ticarət dövriyyəsi üzrə müsbət saldo müşahidə olunur. Məsələn, cari ilin yanvarında Ermənistanın xarici ticarət dövriyyəsi 254,3 mln. dollar təşkil edib ki, onun 220,1 mln. dolları idxalın və yalnız 34,2 mln. dolları ixracın payına düşür. Azərbaycanda isə həmin dövr ərzində 1 200,3 mln. dollarlıq xarici ticarət əməliyyatları aparılıb və bunun 518,8 mln. dollarını idxal, 681,5 mln. dollarını isə ixrac təşkil edib. Ötən ilin yanvarı ilə müqayisə isə çox maraqlıdır. Belə ki, Azərbaycanın idxalı 4%, ixracı 9% səviyyəsində artığı halda, Ermənistanda idxal 20%, ixrac isə 44% azalıb!
Dövlət büdcəsinə gəldikdə isə, 2009-cu il üçün nəzərdə tutulmuş Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat (15,2 mlrd. dollar), xərcləri isə 12 355 mln. manat (15,4 mlrd. dollar) həcmində təsdiq olunub.
Nəhayət, Azərbaycan milli valyutasının sabitliyi artıq bir sıra ölkələr üçün nümunəyə çevrilib. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Ermənistanda cari ilin əvvəlindən dram 23% dəyərdən düşüb, Azərbaycanda isə manat dollara qarşı cəmi 0,19% ucuzlaşıb ki, bu da makroiqtisadi sabitliyin, ölkənin strateji ehtiyatların həcminin yüksək olması və Azərbaycan Milli Bankının valyuta sabitliyinin qorunub saxlanması imkanlarının səviyyəsini aydın əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR