Bank Of Baku

Azərbaycanda illik inflyasiya göstəricisi 2 dəfə azalıb

Azərbaycanda illik inflyasiya göstəricisi 2 dəfə azalıb
# 21 aprel 2009 14:14 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2009-cu ilin yanvar-mart aylarında 2008-ci ilin I rübünə nisbətən 8,3% bahalaşıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

DSK-nın hesablamalarına görə, cari ilin əvvəlindən milli iqtisadiyyatda müşahidə olunan deflyasiya tendensiyaları davam edir. Bununla belə, qiymətlərin aylıq dinamikası haqqında təfərrüatlı məlumat açıqlanmır. Statistika Komitəsinin hesablamalarına əsasən, Azərbaycanda son bir ildə inflyasiya göstəricisi, demək olar ki, 2 dəfə – 16,5%-dən 8,3%-ə düşüb.

Qeyd edək ki, hökumətin ehtimallarına görə, 2009-cu ildə qlobal maliyyə-iqtisadi böhran şəraitində ölkədə qiymət artımının tempi bir rəqəmli olacaq. Lakin bəzi ekspertlərin fikrincə, dünya iqtisadiyyatının tənəzzülü nəticəsində ticarət və xidmət sektorlarında likvidlik sıxıntısı bu ilin sonuna hətta deflyasiyaya səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR