Bank Of Baku

Elçin Əhmədov: «Azərbaycanda Lizinq Fondunun yaradılması məsələsi gündəmdə deyil»

Elçin Əhmədov: «Azərbaycanda Lizinq Fondunun yaradılması məsələsi gündəmdə deyil»
# 21 aprel 2009 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda Lizinq Fondunun yaradılması məsələsi hazırda gündəmdə deyil. «APA-Economics»in məlumatına görə, bunu Bakıda «Azərbaycanda lizinqin inkişafı: mövcud vəziyyət və perspektivlər» mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) İdarə Heyətinin sədri Elçin Əhmədov bildirib.
E.Əhmədovun sözlərinə görə, fondun yaradılması lizinq şirkətləri üçün müsbət hal olardı: «Lizinq Fondunun yaradılması birbaşa dövlətin ayırdığı maliyyə vəsaitindən asılı olduğu üçün, bu ideya bir təklif kimi irəli sürülə bilər. Lakin hazırda lizinq qanunvericiliyinin təkmilləşdirilməsinə daha çox ehtiyac var. Bu baxımdan fondun yaradılması məsələsi hazırda gündəmə gətirilmir».
Qeyd edək ki, Lizinq Fondunun yaradılmasında əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinə kömək, həmçinin onların həyata keçirdiyi layihələrin maliyyələşdirilməsinin dəstəklənməsidir.
Xatırladaq ki, ALŞA 2004-cü ildən fəaliyyət göstərir. Hazırda quruma 8 lizinq şirkəti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR