Bank Of Baku

Azərbaycan İpoteka Fondu sığorta xidmətlərinin cəlb edilməsi üzrə tender keçirir

Azərbaycan İpoteka Fondu sığorta xidmətlərinin cəlb edilməsi üzrə tender keçirir
# 22 aprel 2009 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İpoteka Fondu əməkdaşlarının tibbi sığortası, inzibati binasının və binada yerləşən əmlakının sığortalanması ilə bağlı təkliflər sorğusu elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, iştirakçılar Fondun əməkdaşlarının tibbi sığortası ilə bağlı məsələdə 30 manat, inzibati binanın və binada yerləşən əmlakının sığortalanması ilə bağlı məsələdə isə 20 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini və təkliflərini bu ili mayın 6-dək təqdim etməlidir.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası mayın 6-da keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 441-24-23.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR