Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəzinin səhmlər üzrə bağladığı alqı-satqı müqavilələrinin sayı martda azalıb

Azərbaycan Milli Depozit Mərkəzinin səhmlər üzrə bağladığı alqı-satqı müqavilələrinin sayı martda azalıb
# 22 aprel 2009 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayı ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 3 müqavilə bağlanıb ki, bu da 2008-ci ilin müvafiq ayı ilə müqayisədə 3 dəfə azdır.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayı ərzində 3 950 800 manat nominal dəyərində olan 1 455 266 səhm üzrə 281 alqı-satqı müqaviləsi və 2 120 000 manat nominal dəyərində olan 2 015 istiqraz üzrə 4 alqı-satqı müqaviləsi qeydiyyata alınıb. Ötən ilin mart ayı ilə müqayisədə müvafiq olaraq müqavilələrin nominal dəyəri 94,8%, səhmlərin sayı 37% artıb, alqı-satqı müqavilələrinin sayı isə 1% azalıb.
Qeyd edək ki, cari ilin ilk üç ayı ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərinin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 18 müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR