Bank Of Baku

IFC Azərbaycanın «Dəvəçi Broyler» şirkətinə səhmdar kapitalına 14 mln. dolların cəlb olunmasına yardım göstərib

IFC Azərbaycanın «Dəvəçi Broyler» şirkətinə səhmdar kapitalına 14 mln. dolların cəlb olunmasına yardım göstərib
# 22 aprel 2009 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda quşçuluq sahəsində fəaliyyət göstərən «Dəvəçi Broyler» şirkətinə korporativ idareətmə təcrübələrini mühüm dərəcədə təkmilləşdirməyə kömək etməklə, şirkətin səhmdarlarının hüquqlarının daha yaxşı qorunması və yerli investordan səhmdar kapitalına qoyuluş formasında 14 mln. ABŞ dolları məbləğində vəsaitin əldə edilməsi üçün imkan yaradıb.
IFC-dən «APA-Economics»ə verilən məlumata görə, IFC-nin Azərbaycan Korporativ İdarəetmə Layihəsi (AKİL) ilə üç illik əməkdaşlığın nəticəsi olaraq «Dəvəçi Broyler» hazırda ölkədə azlıq təşkil edən səhmdarların hüquqlarının qorunması üçün müvafiq tədbirlər görən nadir şirkətlərdən biridir. Şirkət menecerlərin və şura üzvlərinin hüquq və vəzifələrini müəyyən edən yeni nizamnamə qəbul edib, korporativ katib vəzifəsini yaradıb və fəaliyyətinin etibarlığını qorumaq məqsədilə özünün daxili audit proseslərini təkmilləşdirib.
Qeyd edək ki, AKİL Azərbaycanın şirkət və banklarına öz daxili təcrübələrini təkmilləşdirməyə və fəaliyyətlərini yaxşılaşdırmasına yardım edir. Belə ki, 2005-ci ildən etibarən layihə 11 yerli şirkətə ümumilikdə 119,4 mln. dollar məbləğində investisiya cəlb etməyə kömək edib. Layihə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR