Bank Of Baku

«Parex Leasing & Factoring» şirkəti bu il Azərbaycan iqtisadiyyatına sərmayə yatıra bilməyib

«Parex Leasing & Factoring» şirkəti bu il Azərbaycan iqtisadiyyatına sərmayə yatıra bilməyib
# 22 aprel 2009 08:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring»in lizinq portfelinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 38,849 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% azdır.
Şirkətin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalı 32,4% artaraq 395,097 min manat, nizamnamə kapitalı isə sabit qalaraq 40,770 min manat təşkil edib.
Həmçinin bildirilib ki, cari ilin ilk üç ayında şirkət tərəfindən lizinqə heç bir avadanlıq verilməyib. Ötən ilin yanvar-mart aylarında isə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 4,726 mln. manat olub.
Bu müddət ərzində şirkətin bağladığı lizinq müqavilələrinin sayı 30% artaraq 566-ya, mənfəəti isə 50,3% artaraq 1,156 mln. manata çatıb.
Bundan başqa, ötən ilin yanvar-mart aylarında şirkətin iqtisadiyyata yatırdığı investisiyaların həcmi 476 min manat təşkil edib. Bu ilin ilk üç ayında bu rəqəm sıfıra bərabər olub.
Portfelin diversifikasiyasına gəldikdə isə, tikinti sahəsinə verilmiş avadanlıqlar portfelin əsas hissəsini təşkil edib.
Xatırladaq ki, «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR