Bank Of Baku

«Texnikabank»ın rəhbərliyi ADB-nin ABŞ təmsilçisi ilə görüşüb

«Texnikabank»ın rəhbərliyi ADB-nin ABŞ təmsilçisi ilə görüşüb
# 22 aprel 2009 10:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Asiya İnkişaf Bankının (ADB) İdarəçilər Şurasındakı ABŞ təmsilçisi Körtis Çin (Curtis S.Chin) Bakıya işgzar səfəri çərçivəsində Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) İdarə Heyətinin sədri Samir Hüseynovla görüşüb.
«Texnikabank»dan «APA-Economics»ə verilən məlumata görə, tərəflər əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edərək yoxsulluğun azaldılmasında kiçik və orta sahibkarlığa kredit dəstəyinin göstərilməsinin vacibliyini qeyd ediblər. Bundan başqa, AİB təmsilçisinə Azərbaycan iqtisadiyyatı, bank sektoru və «Texnikabank»ın fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, ABŞ Yaponiya ilə yanaşı AİB-in ən iri səhmdarlarından biridir və 12,9% səsvermə hüququna malikdir.
Xatırladaq ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 431,483 mln. manat, depozit portfeli 129,811 mln. manat, kredit portfeli 334,768 mln. manat, məcmu kapitalı 57,795 mln. manat, o cümlədən nizamnamə kapitalı 26,912 mln. manat təşkil edib. Bankın respublika üzrə 35 filialı, 47 bankomatı və 338 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR