Bank Of Baku

«Bakı Sığorta»nın daxilolmaları ilin əvvəlindən 29% azalıb

«Bakı Sığorta»nın daxilolmaları ilin əvvəlindən 29% azalıb
# 22 aprel 2009 10:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkətinin 2009-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 975,464 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 29% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk üç ayında ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (405,884 min manat), «Tibbi sığorta» (321,514 min manat) və «İcbari sığorta» (140,420 min manat) növləri üzrə toplanılıb. Bu növlərin şirkətin məcmu daxilolmalarında payı müvafiq olaraq 41,6%, 33% və 14,4% təşkil edib.
Şirkətdən bildirilib ki, bu müddət ərzində «Bakı Sığorta»nın risklər üzrə ödənişlərinin həcmi hesabat dövründə 17,7% azalaraq 73,991 min manat olub.
Xatırladaq ki, əsas təsisçisi «Bank Respublika» (51%) olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 26 sığorta növü xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR