Bank Of Baku

«AccesBank» Azərbaycanın özəl bank sektoru üzrə ən yüksək reytinq alıb

«AccesBank» Azərbaycanın özəl bank sektoru üzrə ən yüksək reytinq alıb
# 22 aprel 2009 11:55 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Fitch Ratings» beynəlxalq agentliyi «Accesbank» Səhmdar Kommersiya Bankının (SKB) emitentin müflisləşmə uzunmüddətli reytinqini «sabit» proqnozla «BB+» səviyyəsində təsdiqləyib. Bu barədə «APA-Economucs»ə «Fitch Ratings»in Rusiya və MDB ölkələri üzrə nümayəndəliyindən məlumat verilib.

Agentlikdən bildirilir ki, Azərbaycandakı özəl banklar arasında ən yüksək beynəlxalq reytinq alan «Accesbank» üzrə çıxarılan qərar bu bankın xarici səhmdarları tərəfindən ona verilən dəstəyi əks etdirir. Eyni zamanda, ona «D/E» səviyyəsində verilən fərdi reytinq, «B» pilləsində saxlanılan qısamüddətli müflisləşmə və «3» kimi qiymətləndirilən dəstəklənmə reytinqləri bankın yaxşı kapitallaşmaya malik olması, təkrar maliyyələşdirmə risklərinin «mülayim» olması və apardığı mikrokreditləşmənin sabit fondlar hesabına davam etdirilməsini nəzərə alır. «Fitch»də hesab edirlər ki, «AccesBank»ın cari öhdəliklər portfeli həm müddətlər, həm də kreditorlar nöqteyi nəzərdən diversifikasiya olunub. Ekspertlərin fikrincə, bu, zəifləyən əməliyyat mühiti şəraitində aktivlərin keyfiyyətinə toxuna biləcək səbəblərin aradan qaldırılmasına kömək edən bir amildir.

Xatırladaq ki, «AccesBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb. Ötən ilin sentyabr ayında bankın brendi dəyişdirilib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 198,863 mln. manat, kredit portfeli 165,941 mln. manat, depozit portfeli 17,279 mln. manat, məcmu kapitalı 42,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Bankın ölkə üzrə 19 filialı, 19 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR