Bank Of Baku

«Fitch Ratings» agentliyi: «Azərdəmiryolbank» cari öhdəliklərini vaxtında yerinə yetirmək imkanlarına malikdir»

«Fitch Ratings» agentliyi: «Azərdəmiryolbank» cari öhdəliklərini vaxtında yerinə yetirmək imkanlarına malikdir»
# 22 aprel 2009 12:14 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Fitch Ratings» beynəlxalq agentliyi Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) emitentin uzunmüddətli müflisləşmə reytinqini «sabit» proqnozla «B-» səviyyəsində təsdiq edib. Bu barədə «APA-Economics»ə «Fitch Ratings»in Rusiya və MDB ölkələri üzrə nümayəndəliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, «Azərdəmiryolbank» üzrə çıxarılan reytinq qiymətləndirməsi bu bankın kredit portfelindəki dəyişikliklər nəzərə alınmaqla qəbul edilib. «Fitch»in mütəxəssisləri qeyd edirlər ki, kreditləşmə mənbəyi kimi beynəlxalq maliyyə təsisatlarını özünə tərəfdaş edən özəl bank, likvidlik nöqteyi nəzərdən onu fondlaşma risklərindən sığortalayan «balış» yaradıb. Bu amil hesabına «Azərdəmiryolbank» yaxın gələcəkdə hətta cari öhdəlikləri uzadılmayacağı təqdirdə onları vaxtında yerinə yetirmək imkanlarına malikdir. Bununla bərabər, reytinq agentliyinin fikrincə, əvvəllər bankın kəskin artan kredit portfeli hazırda sınaqdan keçir və bu səbəbdən gələcəkdə aktivlərin keyfiyyəti düşsə, ona qarşı neqativ reytinq tədbirlərinin görülməsi istisna olunmur.

Qeyd edək ki, «Fitch» tərəfindən «Azərdəmiryolbank»a «D/E» səviyyəsində fərdi reytinq, habelə «B» pilləsində qısamüddətli müflisləşmə və «5» kimi qiymətləndirilən dəstəklənmə reytinqləri də verilib.

Xatırladaq ki, ölkənin ilk özəl banklarından biri olan «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı var. Bank nizamnamə kapitalında «25% + 1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.

«Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib və hazırda ölkə üzrə 31 filialı və şöbəsi fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 209,32 mln. manat, kredit portfeli 160,35 mln. manat, məcmu kapitalı isə 39,62 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR