Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkətini son bir ildə daxilolmalarını 2,3 dəfə artırıb

«Azərbaycan Sənaye Sığorta» şirkətini son bir ildə daxilolmalarını 2,3 dəfə artırıb
# 22 aprel 2009 12:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti 2009-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 926,470 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkət tərəfindən həyata keçirilən sığorta ödənişlərinin həcmi 16,6% azalaraq 116,774 min manat olub.
Qeyd edək ki, bu ilin ilk rübündə daxilolmaların strukturunda ən çox sığorta haqqı «Yüklərin (nəqliyyat) sığortası» (195,252 min manat), «Əmlakın sığortası» (168,052 min manat), «Tibbi sığorta» (156,059 min manat) və «Yanğından icbari sığorta» (124,382 min manat) növləri üzrə toplanıb. Bu növlərin şirkətin məcmu daxilolmalarında payı isə müvafiq olaraq 21%, 18%, 16,8% və 13,4% təşkil edib.
Ödənişlərdə isə ən çox vəsait «Yüklərin (nəqliyyat) sığortası» (81,894 min manat, məcmu ödənişlərdə 70%) və «Avtonəqliyyat vasitələrinin sığortası» (21,934 min manat, 18,8%) növləri üzrə ödənilib.
Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR