Bank Of Baku

«Fitch Ratings»: «Texnikabank» kreditləşmə risklərinin öhdəsindən gəlmək qabiliyyətindədir

«Fitch Ratings»: «Texnikabank» kreditləşmə risklərinin öhdəsindən gəlmək qabiliyyətindədir
# 22 aprel 2009 13:00 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Fitch Ratings» beynəlxalq agentliyi Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) emitentin müflisləşmə uzunmüddətli reytinqini «sabit» proqnozu «neqativ» ehtimala dəyişməklə «B-» səviyyəsində təsdiqləyib. Bu barədə «APA-Economucs»ə «Fitch Ratings»in Rusiya və MDB ölkələri üzrə nümayəndəliyindən məlumat verilib.

Agentliyin hesabatına əsasən, «Texnikabank»ın reytinqləri üzrə proqnozların azaldılması ölkədə müşahidə olunan iqtisadi durumla bağlı bank aktivlərinin pisləşməsi ilə əlaqələndirilir. «Fitch»in analitikləri hesab edirlər ki, ötən illərdə yaşanan intensiv artım dövründən sonra bu bankın kredit portfeli hazırda sınaqdan keçir. Onların fikrincə, kreditlərin az olmayan bir hissəsi struktur borcalmalarının payına düşür və bu zaman risklərin artması Azərbaycanın daşınmaz əmlak bazarındakı hazırkı vəziyyətlə bağlıdır. Bununla belə, reytinq agentliyi etiraf edir ki, «Texnikabank»ın «D/E» səviyyəsində saxlanılan fərdi reytinqi və dəstəklənmə reytinqinin 5 səviyyəsində qalması bankın yuxarıda qeyd olunan risklərin öhdəsindən gəlmək qabiliyyətində olması amilini nəzərə alır.

Xatırladaq ki, ölkənin ən iri 5 bankı sırasına daxil olan «Texnikabank» SKB 1993-cü ildə təsis olunub. Cari ilin aprel ayının 1-nə bankın aktivləri 431,483 mln. manat, depozit portfeli 129,811 mln. manat, kredit portfeli 334,768 mln. manat, məcmu kapitalı isə 57,795 mln. manat, o cümlədən nizamnamə kapitalı 26,912 mln. manat təşkil edib. Bankın respublika üzrə 35 filialı, 47 bankomatı və 338 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR