Bank Of Baku

IFC-nin «Azərbaycan-Orta Asiya Lizinq Fondu məsləhət xidmətləri Layihəsi» aprelin sonunda başa çatır

IFC-nin «Azərbaycan-Orta Asiya Lizinq Fondu məsləhət xidmətləri Layihəsi»  aprelin sonunda başa çatır
# 22 aprel 2009 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə həyata keçirilən «Azərbaycan-Orta Asiya Lizinq Fondu məsləhət xidmətləri Layihəsi» aprelin 30-da başa çatır. «APA-Economics»in məlumatına görə, bunu layihənin yekunlarına həsr olunmuş tədbirdə IFC-nin layihə meneceri xanım Anastasiya Marina bildirib.
A.Marinanın sözlərinə görə, layihənin başa çatmasına baxmayaraq, IFC-nin məsləhət xidməti Azərbaycanı tərk etməyəcək: «Lizinq sahəsində Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası nailiyyətlərini davam etdirəcək. IFC digər sahələrdə də yeni layihələr planlaşdırır. İpoteka kreditləşməsi, korporativ idarəetmə, biznes mühitinin təkmilləşdirilməsi və kredit məlumatları sahəsində işlərimizi davam etdirəcəyik».
Layihənin Azərbaycan üzrə əlaqələndiricisi Teymur Heybətov isə qeyd edib ki, layihə 2005-ci ildə başlanıb. Ümumilikdə, IFC bundan əvvəlki «Lizinq bazarının inkişafı Layihəsi» də daxil olmaqla, 2003-cü ildən bu günədək Azərbaycanda lizinq sektorunun inkişafına böyük kömək göstərib. Belə ki, son 6 ildə Azərbaycanda məcmu lizinq portfeli 21 mln. dollardan 207 mln. dollara çatıb.
İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycandakı nümayəndəsi Nailə Səfərova isə bildirib ki, SECO hər iki layihə çərçivəsində lizinqin inkişafına 3 mln. dollar, IFC isə 6 mln. dollar vəsait sərf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR