Bank Of Baku

IFC Azərbaycanda «Antiböhran tədbirləri» proqramını həyata keçirəcək

IFC Azərbaycanda «Antiböhran tədbirləri» proqramını həyata keçirəcək
# 22 aprel 2009 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda iki yeni layihə həyata keçirməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin layihə meneceri xanım Anastasiya Marina bildirib.
A.Marinanın sözlərinə görə, bunlardan biri «Kredit məlumatlarının mübadiləsi», digəri isə «Antiböhran tədbirləri» proqramıdır. «Kredit məlumatlarının mübadiləsi» proqramı üzrə donorlarla aparılan müzakirələr artıq iyun ayında yekunlaşacaq və iyulda proqramın icrasına başlanılacaq.
«Hazırda hər iki proqramın layihəsi üzərində iş aparılır. Hər iki proqramda regionun digər dövlətlərinin də iştirakı ilə reallaşdırılacaq», - deyə A.Marina vurğulayıb.
İlk proqramın icrasında Azərbaycanla yanaşı Türkmənistan, Tacikistan və Qırğızıstan da iştirak edəcək. Proqramın əsas donoru olan İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 2,4 mln. ABŞ dolları həcmində vəsait ayırmağa razılıq verib. Üç illik dövrü əhatə edəcək proqramın müddətinin ehtiyac yaranarsa, daha 2 il artırılması mümkündür.
«Antiböhran tədbirləri» proqramı isə daha geniş olacaq və bu proqrama adları çəkilən ölkələrdən başqa Rusiya, Ukrayna və Qazaxıstan da daxil ediləcək. Bu proqramda qanunvericiliyin gücləndirilməsi, maliyyə təşkilatları ilə əməkdaşlıq və s. məsələlər əksini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR