Bank Of Baku

«AGBank»ın uzunmüddətli müflisləşmə reytinqinin proqnozu «neqativ»ə dəyişdirilib

«AGBank»ın uzunmüddətli müflisləşmə reytinqinin proqnozu «neqativ»ə dəyişdirilib
# 22 aprel 2009 14:16 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Fitch Ratings» beynəlxalq agentliyi Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankının (SİB) emitentin müflisləşməsi uzunmüddətli reytinqini «sabit» proqnozu «neqativ» ehtimala dəyişməklə «B-» səviyyəsində təsdiqləyib. Bu barədə «APA-Economics»ə «Fitch Ratings»in Rusiya və MDB ölkələri üzrə nümayəndəliyindən məlumat verilib.
«Fitch» agentliyi «AGBank»ın reytinqləri üzrə proqnozların azaldılmasını ölkədə müşahidə olunan iqtisadi artım templərinin enməsindən irəli gələn aktivlərin keyfiyyətinin pisləşməsi ilə əlaqələndirir. Reytinq xidmətinin analitikləri hesab edirlər ki, bu bankda əvvəllər kəskin artan kredit portfelində problemli borcalmaların payı az deyil. Bununla bərabər, reytinq agentliyi qeyd edir ki, «AGBank»ın fərdi reytinqi «D/E» səviyyəsində, bankın qısamüddətli müflisləşmə reytinqi «B» pilləsində, dəstəklənmə reytinqi isə «5» səviyyəsində qalır. «Fitch»in ehtimallarına görə, bütün bunlar bankın risklərin öhdəsindən gəlmək qabiliyyətini nəzərə alır.
Xatırladaq ki, aktivlərin həcminə görə ölkənin ən iri 10 bankı sırasına daxil olan «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin əvvəlinə bankın aktivləri 211,216 mln. manat, depozit portfeli 130,437 mln. manat, kredit portfeli 154,580 mln. manat, məcmu kapitalı isə 29,962 mln. manat, o cümlədən, nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın ölkə üzrə 16 filialı, 53 bankomatı və 376 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR