Bank Of Baku

«Paşa Bank»ın depozit portfeli son bir ildə 2,6 dəfə artıb

«Paşa Bank»ın depozit portfeli son bir ildə 2,6 dəfə artıb
# 23 aprel 2009 06:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 207,817 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstəricidən 2,2 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,6 dəfə genişlənərək 90,429 mln. manat, kredit portfeli 4,6 dəfə azalaraq 4,853 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 63,7% azalaraq 663 min manat olub. Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı təxminən 2 dəfə artaraq 113,512 mln. manat, o cümlədən nizamnamə kapitalı 72,4% artaraq 100 mln. manata çatıb.
Qeyd edək ki, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bankın gəlirləri 2,6 dəfə artaraq 5,786 mln. manat, xərcləri isə 3,3 dəfə artaraq 2,801 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 2,1 dəfə artaraq 2,985 mln. manat təşkil edib.
Bu müddət ərzində bank tərəfindən əlavə 1 bankomat və 4 POS-terminal quraşdırılıb.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın işçilərinin sayı 84 nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR