Bank Of Baku

Azərbaycan Milli Bankının xarici öhdəlikləri son bir ildə 29% azalıb

Azərbaycan Milli Bankının xarici öhdəlikləri son bir ildə 29% azalıb
# 23 aprel 2009 06:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) xarici öhdəliklərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 57,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5 mln. manat və ya 29% azdır. AMB-dən «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin əvvəlindən bu göstərici 7,2 mln. manat və ya 11,1% azalıb.
Beləliklə, Milli Bankın xarici öhdəliklərinin onun məcmu beynəlxalq aktivlərinə nisbəti aprelin 1-nə 1,38% təşkil edib. Qeyd edək ki, bu nisbət ötən ilin aprelin 1-nə 2,1%-ə bərabər olub ki, bu da son bir il ərzində məcmu xarici öhdəliklərin azalma tempinin xarici aktivlərin artım tempini üstələdiyini göstərir. Xatırladaq ki, AMB-nin məcmu xarici aktivləri son bir ildə 229,7 mln. manat və ya 5,8% artaraq aprelin 1-nə 4 190,3 mln. manata bərabər olub.
Digər xarici aktivlərini nəzərə almaqla, AMB-nin xalis xarici aktivləri aprelin 1-nə 4 130,1 mln. manat təşkil edib ki, bu da son bir ildə 247,6 mln. manat və ya 6,4% səviyyəsində artım, cari ilin ilk rübündə isə 982,6 mln. manat və ya 19,2% azalma deməkdir. Qeyd edək ki, bu azalma əsasən Milli Bankın məcmu xarici aktivlərin həcminin 989,9 mln. manat və ya 19,1% azalması nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR