Bank Of Baku

«Bank Avrasiya»nın ilk filialı açılıb

«Bank Avrasiya»nın ilk filialı açılıb
# 23 aprel 2009 07:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Açıq Səhmdar Cəmiyyəti (ASC) respublika ərazisində ilk filialını açıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Sumqayıt şəhərində açılan bu filial I məhəllə, ev 2 ünvanında yerləşir.
Sumqayıt filialı bütün növ bank xidmətləri, o cümlədən kassa-hesablaşma əməliyyatları, müxtəlif növ əmanətlər, «Azercell», «Bakcell» və «Azerfon» mobil rabitə operatorları üzrə ödənişlərin qəbulu, biznes və istehlak kreditləri, plastik kartlar, beynəlxalq pul köçürmələri («WesternUnion», «Contact», «Bıstraya poçta», «Migom», «Lider» və «PrivatMoney») və digər xidmətlər göstərir.
Bankdan bildirilib ki, 2009-cu il ərzində bank tərəfindən Bakı şəhərində və Azərbaycan regionlarında daha 3 filialın açılması planlaşdırılır.
Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə universal bank lisenziyası 2007-ci ilin noyabr ayında verilib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 45,171 mln. manat, depozit portfeli 20,857 mln. manat, kredit portfeli 27,074 mln. manat, məcmu kapitalı 20,434 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR