Bank Of Baku

IFC «Azərbaycan-Orta Asiya Lizinq Fondu məsləhət xidmətləri Layihəsi»nin 4 üzv ölkəsinin 147 mln. dollar cəlb etməsinə yardım göstərib

IFC «Azərbaycan-Orta Asiya Lizinq Fondu məsləhət xidmətləri Layihəsi»nin 4 üzv ölkəsinin 147 mln. dollar cəlb etməsinə yardım göstərib
# 23 aprel 2009 09:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə həyata keçirilən «Azərbaycan-Orta Asiya Lizinq Fondu məsləhət xidmətləri Layihəsi» iştirakçı ölkələrin lizinq portfelinin artmasına səbəb olub. «APA-Economics»in məlumatına görə, bunu layihənin meneceri xanım Anastasiya Maryina bildirib.
A.Maryinanın sözlərinə görə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanda icra olunan bu layihə ötən il ərzində həmin ölkələrin ümumi lizinq portfelini 275 mln. ABŞ dollarına çatdırıb: «Bundan başqa, 2008-ci ildə hər dörd ölkənin lizinq şirkətləri 147 mln. dollarlıq əqdlər bağlayıb».
A.Maryina onu da bildirib ki, «Azərbaycan-Orta Asiya Lizinq Fondu məsləhət xidmətləri Layihəsi» bu 4 ölkənin hər birinə 37 mln. dollar məbləğində əlavə vəsaitin cəlb edilməsinə yardım göstərib.
Qeyd edək ki, layihənin icrasına 2005-ci ildə başlanılıb və layihə 2009-cu ilin aprelin sonunda başa çatacaq. Layihə IFC və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR