Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri EBRD rəsmisi ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri EBRD rəsmisi ilə görüşüb
# 23 aprel 2009 09:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə institutları üzrə yeni təyin olunan direktoru Nik Teseymanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanda maliyyə sektorunun mövcud vəziyyəti və EBRD-nin maliyyə sektorunda iştirakı müzakirə edilib, həmçinin böhran şəraitində Azərbaycanda maliyyə dayanıqlığı və AMB-nin həyata keçirdiyi monetar siyasətlə bağlı fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, AMB ilə EBRD arasında əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR