Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi ilə əməkdaşlıq proqramı çərçivəsində «Əmrahbank» daxili korporativ idarəetmə sisteminin inkişafı işini müvəffəqiyyətlə davam etdirir (R)

Azərbaycan Bank Tədris Mərkəzi ilə əməkdaşlıq proqramı çərçivəsində «Əmrahbank» daxili korporativ idarəetmə sisteminin inkişafı işini müvəffəqiyyətlə davam etdirir<font color=red>  (R)</font>
# 23 aprel 2009 10:20 (UTC +04:00)
2008-ci ilin oktyabr ayında «Əmrahbank» («Bank») Korporativ İdarəetmə Sisteminin İnkişafı ilə əlaqədar Azərbaycan Bank Tədris Mərkəzi ilə məsləhçilik xidmətlərinin göstərilməsi haqqında 2 illik müqavilə bağlamışdır. Bununla əlaqədar, qeyd olunan vacib və geniş miqyaslı layihənin icrasına şərait yaratmaqdan məqsədi ilə Bankın və ABTM-nin rəhbərlərindən ibarət olan Strateji Plan üzrə İşçi Qrup yaradılmışdır. «Əmrahbank»ın xarici səhmdarı – Beynəlxalq İnvestisiya Bankı, öz növbəsində, bu layihə çərçivəsində, bütün sənədləri diqqətlə mütaliyə etmiş və özünün dəyərlərini təqdim etmişdir.

Bu proqramın ilk pilləsi kimi, ABTM tərəfindən Azərbaycan iqtisadiyyatı və bank sektorunu əhatə edən müxtəlif tədqiqat metodları vasitəsi ilə Bankın «SWOT» təhlili, müştərilər və əməkdaşlar arasında sorğular, müsahibələr və s. təqdiqatlar aparılmışdır. Növbəti mərhələdə aparılmış tədqiqatların nəticələri Bank üçün yeni strateji plan, təşkilatı struktur, missiya və inkişaf strategiyasının hazırlanmasında istifadə olunmuşdur.

Strateji plan üzrə iş başa çatdırıldıqdan və həmin plan təsdiq edildikdən sonra, «SWOT» təhlili vasitəsi ilə müəyyən edilmiş məsələlərin həlli ilə bağlı planlar, layihələr və qruplar siyahısı tərtib olunmuşdur, daxili qayda, prosedur və siyasətlər tərtib edilmişdir. Layihə Bankın əksər sahələrini, xüsusilə də Kadrlar, Maliyyə, Marketinq və İT sektorlarını əhatə etmişdir. Hazırda layihə çərçivəsində əməliyyat planlarının icrası və qayda və siyasətlərin yenidən işlənməsi aparılır.

«Əmrahbank» Azərbaycanın ilk (1993-cü ildə təsis edilmişdir) və aparıcı kommersiya banklarından biridir. Bank korporativ müştərilərinə və fiziki şəxslərə geniş çeşidli bankçılıq məhsullarını təklif edir, məsələn, depozit hesablarının açılması, kreditlərin verilməsi, pul köçürmələri, sənədli əməliyyatlar, investisiyalar üzrə məsləhətçilik və s.
«Əmrahbank» Azərbaycan bankları arasında mənfəət səviyyəsi nöqteyi nəzərindən aparıcı yerlərdən birini tutan (31 dekabr 2008-ci il tarixinə kapitalın gəlirlik səviyyəsi üzrə birinci üçlükdə) və Azərbaycanın müxtəlif regionlarında ən geniş filiallar şəbəkəsinə malik olan banklardan biridir (31 dekabr 2008-ci il tarixinə filialların sayı üzrə ilk səkkizlikdə).

Bank müxtəlif ixtisaslaşmış təşkilatların, o cümlədən, Depozitlərin Sığortalanması Fondu, İpoteka Fondu, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Banklar Assosiasiyası və s. təsisatların üzvüdür. Son zamanlar, Bəhreyndə yerləşən və Bankın nizamnamə kapitalının 49% səhmdarı olan «Beynəlxalq İnvestisiya Bankı» ilə yaradılmış strateji əməkdaşlıq əlaqələri «Əmrahbank» daxilində bir çox sahələrin, misal üçün korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin çeşidi və keyfiyyəti və s. sahələrin inkişafında əsas rolu oynamışdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR