Bank Of Baku

«AtaLeasing» son bir ildə lizinq portfelini 54% genişləndirib

«AtaLeasing» son bir ildə lizinq portfelini 54% genişləndirib
# 23 aprel 2009 10:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» ASC-nin lizinq portfelinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 4,204 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54,2% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında şirkətin lizinq müqavilələrinin sayı 50% artaraq 93-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 65,3% artaraq 1,332 mln. manata çatıb.
Həmçinin, bu müddət ərzində şirkətin məcmu kapitalı 4,6% artaraq 1,114 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 1 mln. manat təşkil edib.
Qeyd edək ki, son bir il ərzində şirkət tərəfindən ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 59% artaraq 1,024 mln. manat olub.
Lizinq portfelinin strukturuna gəldikdə isə, əsas yeri inşaat sektoru, sənaye və nəqliyyat sahələri tutub.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR