Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin mart ayında ərzaq məhsullarının qiymətləri əvvəlki aya nisbətən 1,1% ucuzlaşıb. Mart ayında əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri üzrə dəyişiklik müşahidə olunmayıb.
Bu ilin mart ayında istehlak qiymətlərinin bazis indeksi əvvəlki ayla müqayisədə 99,2%, yanvar-fevral aylarının 2008-ci ilin eyni aylarına nisbəti isə 110,0% təşkil edib.
Qeyd edək ki, DSK cari ilin yekununda Azərbaycanda deflyasiyanın müşahidə olunmasını istisna etmir. Belə ki, 2009-cu ilin əvvəlindən Azərbaycanda məhsulların qiymətlərində artım müşahidə olunmayıb. İl ərzində vəziyyət belə davam edərsə, dünyada müşahidə olunan iqtisadi hadisələr səngiməsə, Azərbaycanda 2009-cu ilin sonunda nəinki bir rəqəmli inflyasiya, hətta deflyasiya müşahidə oluna bilər.
İstehlak qiymətləri indeksi və kənd təsərrüfatı və sənaye məhsullarının istehsalçı qiymətləri indeksi (əvvəlki aya nisbətən, %)