Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Azərbaycan gələn il iqtisadi inkişaf tempinə görə Avropa və MDB məkanında lider olacaq

Beynəlxalq Valyuta Fondu: Azərbaycan gələn il iqtisadi inkişaf tempinə görə Avropa və MDB məkanında lider olacaq
# 23 aprel 2009 12:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ÜDM-in artım tempinin 2009-cu ildə 2,5% təşkil edəcəyi gözlənilir ki, bu da ötən ilin analoji göstəricisindən xeyli azdır. Belə ki, 2008-ci ildə ÜDM-in artımı 11,6%-ə bərabər olub. «APA-Economics»in məlumatına əsasən, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatı üzrə hazırladığı yeni icmalda deyilir.
Ümumilikdə, MDB və inkişafda olan Avropa ölkələri arasında Azərbaycan, Türkmənistan, Gürcüstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda ÜDM-in artımı gözlənilir, digər ölkələrdə BVF iqtisadi geriləmə proqnozlaşdırır. Eyni zamanda, Fond gələn il həm Azərbaycan, həm də sözügedən regionun digər ölkələri üçün ÜDM-in artım göstəricilərini daha müsbət proqnozlaşdırır. Belə ki, gələn il Azərbaycanın ÜDM-in artım tempinə görə təhlil olunan bölgədə lider olacağı gözlənilir:

Ölkə

ÜDM-in dəyişməsi (%)

2008

2009

2010

Azərbaycan

11.6

2.5

12.3

Türkiyə

1.1

-5.1

1.5

Rusiya

5.6

-6.0

0.5

Ukrayna

2.1

-8.0

1.0

Qazaxıstan

3.2

-2.0

1.5

Belarus

10.0

-4.3

1.6

Türkmənistan

9.8

6.9

7.0

Ermənistan

6.8

-5.0

0.0

Gürcüstan

2.0

1.0

3.0

Qırğızstan

7.6

0.9

2.9

Moldova

7.2

-3.4

0.0

Tacikistan

7.9

2.0

3.0

Özbəkistan

9.0

7.0

7.0

Estoniya

-3.6

-10.0

-1.0

Latviya

-4.6

-12.0

-2.0

Litva

3.0

-10.0

-3.0

Macarıstan

0.6

-3.3

-0.4

Polşa

4.8

-0.7

1.3

Bolqarıstan

6.0

-2.0

-1.0

Xorvatiya

2.4

-3.5

0.3

Rumıniya

7.1

-4.1

0.0

Çexiya

3.2

-3.5

0.1

Slovakiya

3.2

-3.5

0.1



Göründüyü kimi, BVF-nin hesablamalarına görə, bütün inkişafda olan Avropa dövlətləri və MDB-nin bir sıra ölkəsində 2009-cu ildə ÜDM-in azalması baş verəcək.
Qeyd edək ki, 2009-cu ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda 4,1% səviyyəsində iqtisadi artım qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR