Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən birjaların məcmu dövriyyəsi I rübdə 8% artıb

Azərbaycanda fəaliyyət göstərən birjaların məcmu dövriyyəsi I rübdə 8% artıb
# 23 aprel 2009 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən keçirilmiş 117 hərracda 2 869,1 mln. manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunub. Birja dövriyyəsinin ümumi həcmi 2008-ci ilin eyni dövrü ilə müqayisədə 8,1% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Banklararası Valyuta Birjasında əvvəlki ilin ilk rübünə nisbətən ABŞ dolları üzrə dövriyyənin həcmi 1,9 dəfə artaraq milli valyuta ekvivalentində 1 006,4 mln. manat, avro üzrə isə bu göstərici 370 min manat təşkil edib. Bakı Fond Birjasında isə dövriyyənin həcmi 11,9% azalaraq 1 862,2 mln. manatlıq qiymətli kağızlar satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR