Bank Of Baku

Vyanada beynəlxalq bank forumu işə başlayıb

Vyanada beynəlxalq bank forumu işə başlayıb
# 23 aprel 2009 14:38 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bu gün Vyanada (Avstriya) MDB və Şərqi Avropa ölkələrinin III bank forumu işə başlayıb. Bu barədə Mərkəzi və Şərqi Avropa Bankları Assosiasiyasının (BACEE) məlumatında deyilir.

«APA-Economics»in bildirdiyinə görə, aprelin 25-dək davam edəcək forum BACEE-nin ölkə və bank riskləri üzrə 20-ci konfransı ilə birgə keçirilir. Tədbirin əsas məqsədi qlobal böhran şəraitində bank sisteminin sabitliyinin təmin olunmasıdır. Forum iştirakçıları maliyyə bazarları və bank sistemlərinin inkişafında beynəlxalq əməkdaşlığın aktual imkanlarını, eləcə də dünya maliyyə bazarındakı hadisələri, eyni zamanda böhran nəzərə alınmaqla MDB və Şərqi Avropa bazarlarının dünya maliyyə sisteminə daxil olmasının real inteqrasiya mexanizmləri və üsullarını müzakirə edəcəklər. Eyni zamanda BACEE-nin məlumatında qeyd olunur ki, konfrans çərçivəsində 27 ölkənin və onların bank sistemlərinin təqdimatı keçiriləcək. Bu sırada Azərbaycan bank sektorunun təqdimatı aprelin 24-də təşkil olunacaq. Bu məqsədlə Vyanaya Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası və Beynəlxalq Bankın nümayəndələri dəvət olunublar.

Xatırladaq ki, Forumda Rusiya Mərkəzi Bankının, BACEE, «Deutsche Börse», Frankfurt Fond Birjası və digərlərinin nümayəndələri məruzə ilə çıxış edəcəklər. Onun iştirakçıları arasında İsveçrə, Almaniya, Belçika, Avstriya, Slovakiya, Azərbaycan, Qazaxıstan, Ukrayna, Belarus, Ermənistan, Moldova və MDB-nin, Mərkəzi və Şərqi Avropanın digər ölkələrinin hökumət nümayəndələri, mərkəzi və kommersiya bankları, bank assosiasiyalarının rəhbərləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR