Bank Of Baku

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayə qoyuluşu I rübdə 15% artıb

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayə qoyuluşu I rübdə 15% artıb
# 24 aprel 2009 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk rübündə Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 1 638,9 mln. manat və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 15,2% çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 1 180,1 mln. manat və ya ümumi investisiyanın 72%-i, qeyri-dövlət müəssisələri 458,8 mln. manat və ya 28%-i qədər sərmayə qoyub. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 54,1% artaraq 1 228,2 mln. manat olub. İstehsal təyinatlı obyektlərin inşasında 1 377,7 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 261,2 mln. manatlıq investisiyadan istifadə edilib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib. Belə ki, əsas kapitala yönəldilmiş vəsaitin 84,5%-ni daxili investisiyalar, 15,5%-ni isə xarici investisiyalar təşkil edib. Daxili investisiya əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 63% üstələyib. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 82,8%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 17,2%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.
Cari ildə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4 718 mln. manat vəsait nəzərdə tutulub. Atıq ilin I rübü ərzində bu vəsaitin 797,2 mln. manatından istifadə edilib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 607,1 mln. manat (ümumi investisiyanın 37%-i), bank kreditləri 47 mln. manat (2,9%), büdcə vəsaitləri 825,1 mln. manat (50,3%), büdcədənkənar fondların vəsaitləri 106 mln. manat (6,5%), əhalinin şəxsi vəsaitləri 53,6 mln. manat (3,3%), digər vəsaitlər isə 0,1 mln. manat təşkil edib.
Qeyd edək ki, cari ilin birinci rübündə əsas kapitala yönəldilmiş bütün investisiyanın 35,9%-i sənaye sahələrinin inkişafına, 2,9%-i kənd təsərrüfatına, 1%-i tikintiyə, 1,3%-i ticarət və xidmətə, 0,1%-i mehmanxana və restoranlara, 41,8%-i nəqliyyata, 1%-i rabitəyə, 0,3%-i maliyyəyə, 7,4%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 5,3%-i mənzil tikintisinə), 3,1%-i dövlət idarəetməsinə, 1%-i təhsilə, 1,4%-i səhiyyəyə, 2,8%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş
investisiyanın strukturu, %-lə


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR