Bank Of Baku

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi son bir ildə 39% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi son bir ildə 39% artıb
# 24 aprel 2009 07:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,1% və ya 1,9 mlrd. manat artaraq 2009-cu ilin mart ayının 1-nə 6,7 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 42,6%-i dövlət, 54,6%-i özəl banklar, 2,8%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 69,5%-ni uzunmüddətli kreditlər təşkil edib, 2,2%-nin isə ödənilmə vaxtı keçib.
Qeyd edək ki, 2009-cu ilin yanvar-mart aylarında dövriyyəyə 4,195 mlrd. manat pul kütləsi buraxılıb, dövriyyədən bankların kassalarına 5,063 mlrd. manat daxil olub və 854,2 mln. manat vəsait ehtiyat fonduna qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR