Bank Of Baku

«Bank Standard» müştərilər üçün fasiləsiz məlumat xidməti yaradıb

«Bank Standard» müştərilər üçün fasiləsiz məlumat xidməti yaradıb
# 24 aprel 2009 09:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) fasiləsiz məlumat xidməti üçün üç rəqəmli telefon nömrəsi ayrılıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın yeni 158 telefon nömrəsi həm Bakıda şəhər nömrəsindən, həm istənilən operatora bağlı mobil telefondan birbaşa kodsuz yığılır.
Bu telefon nömrəsi (158) vasitəsi ilə bankın göstərdiyi xidmət və təqdim etdiyi məhsullar haqqında bütün suallara tam cavab almaq, həmçinin müxtəlif maliyyə məsələləri üzrə məsləhətlər almaq mümkündür.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapital 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR