Bank Of Baku

İyunda «Kapital Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

İyunda «Kapital Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 24 aprel 2009 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 9-da Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, 2008-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi, bankın səhmdarlarının ümumi yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin əsasnamələrinin yeni redaksiyada təsdiq edilməsi və digər məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 577,590 mln. manat, depozit portfeli 481,974 mln. manat, kredit portfeli 365,847 mln. manat, məcmu kapitalı 71,910 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.
Bankın respublika üzrə 89 filialı, 298 bankomatı və 469 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR