Bank Of Baku

Arif Vəliyev: «Bu il Azərbaycanda inflyasiya 2-3% olacaq»

Arif Vəliyev: «Bu il Azərbaycanda inflyasiya 2-3% olacaq»
# 24 aprel 2009 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunda Azərbaycanda illik inflyasiyanın səviyyəsinin 2-3% təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib.
DSK sədrinin sözlərinə görə, bu ilin mart ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2009-cu ilin fevral ayına nisbətən 0,7% ucuzlaşıb, yanvar-mart aylarında isə 2008-ci ilin analoji dövrü ilə müqayisədə 8,3% bahalaşıb.
«Aprel ayının ilk 20 günündə qiymətlərin sabit qalması müşahidə olunub, hətta bəzi məhsullar cüzi ucuzlaşıb. Ayın sonunadək qiymətlər bahalaşmasa, cari ilin yanvar-aprel aylarında ötən ilin analoji göstəricisi ilə müqayisədə inflyasiyanın səviyyəsinin 7% təşkil edəcəyi gözlənilir», - deyə A.Vəliyev bildirib.
Bundan başqa, DSK sədri qeyd edib ki, ilin sonunadək analoji şərait müşahidə olunarsa, 2009-cu ildə ölkədə inflyasiya 2-3%-dən çox olmayacaq.
Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda inflyasiya 20,8% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR