Bank Of Baku

«Qarant Sığorta» son bir ildə daxilolmalarını 17% artırıb

«Qarant Sığorta» son bir ildə daxilolmalarını 17% artırıb
# 24 aprel 2009 10:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkətinin 2009-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 338,218 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,6% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, daxilolmalarda 56,48% və ya 191,018 min manat könüllü, 43,52% və ya 147,199 min manat icbari sığorta növlərinin payına düşür.
Qeyd edək ki, könüllü sığorta növləri sırasında ən çox sığorta haqqı «Əmlak sığortası» (184,069 min manat) üzrə toplanılıb ki, bu da şirkətin məcmu sığorta haqlarının 54,4%-ni təşkil edib.
Bu müddət ərzində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 15,149 min manat təşkil edib. Ötən ilin yanvar-mart aylarında şirkət sığorta ödənişi aparmayıb.
Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manatdır. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin bir filialı (Gəncə) var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR