Bank Of Baku

Azərbaycanda ehtiyat pullar kəskin azalıb

Azərbaycanda ehtiyat pullar kəskin azalıb
# 24 aprel 2009 10:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan ehtiyat pulların həcmi 2009-cu ilin aprelin 1-nə 3 702,1 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata əsasən, ehtiyat pulların həcmi son bir ildə 455,7 mln. manat və ya 14% artdığı halda, cari ilin əvvəlindən 1 079,2 mln. manat və ya 22,6% azalıb. Təkcə mart ayında bu göstərici 425,7 mln. manat və ya 10,3% azalıb.
Ehtiyat pulların azalması Mərkəzi Bankın xarici aktivlərinin azalması ilə müşayiət edilir. Bunlar birbaşa əlaqəsi olan göstəricilər olduğuna görə, ehtiyat pulların azalması əsasən məhz xarici aktivlərin azalması səbəbindən baş verir. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının məcmu beynəlxalq (xarici) aktivlərinin həcmi aprelin 1-nə 4 190,3 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlindən 989,9 mln. manat və ya 19,1% azdır. Eyni zamanda, son bir ildə bu göstərici 229,7 mln. manat və ya 5,8% artıb.
Qeyd edək ki, 2008-ci il ərzində ehtiyat pulların artımı 1 560,5 mln. manat təşkil edib və beləliklə, artıq 2009-cu ilin ilk rübündə bu artımın 69%-i «silinib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR