Bank Of Baku

Azərbaycanda daha iki kredit ittifaqı bağlanıb

Azərbaycanda daha iki kredit ittifaqı bağlanıb
# 24 aprel 2009 10:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə «Apeks» (Beyləqan) və «Bayandurlu» (Bakı) kredit ittifaqlarının lisenziyası ləğv edilib.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, hər iki kredit ittifaqının lisenziyasının ləğvinin əsas səbəbi bu təşkilatların illik auditdən keçməməsi, iqtisadi tənzimlənmə normativlərini pozması, həmçinin hesabatları üzrlü səbəb olmadan üç dəfə təqdim etməməsi ilə bağlıdır.
AMB-dən bildirilib ki, lisenziyası ləğv edilmiş kredit ittifaqlarına ləğvetmə komissiyasının yaradılması və müvafiq ləğvetmə işlərinin aparılması tapşırılıb.
Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin sədri Elçin Bağırovun sözlərinə görə, bununla da AKİA-ya üzv olan kredit ittifaqlarının sayı 46-ya düşüb.
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 46-sı qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
Dünyada isə 46 min kredit ittifaqı fəaliyyət göstərir ki, bunların da üzvlərinin ümumi sayı 172 mln. nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR