Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Azərbaycanda bu il inflyasiya 4%-ə düşəcək

Beynəlxalq Valyuta Fondu: Azərbaycanda bu il inflyasiya 4%-ə düşəcək
# 24 aprel 2009 10:48 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) 2009-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsinin 4%-ə düşəcəyini proqnozlaşdırır. Bu barədə Fondun Qlobal Maliyyə Sabitliyi haqqında hazırladığı xüsusi hesabatında (GFSR) deyilir.

«APA-Economics»in məlumatına görə, hesabatın əhatə etdiyi MDB, Şərqi və Mərkəzi Avropanın 27 ölkəsi arasında Azərbaycan istehlak qiymətlərinin indeksi üzrə 13-cü yeri tutur. BVF qeyd edir ki, MDB ölkələrində orta illik inflyasiya 12,6% təşkil edəcək. Bununla belə vurğulanır ki, Rusiyada qiymət artımı nəzərə alınmazsa, bu göstərici 11,9%-ə bərabər olacaq. Bölgədə ən yüksək qiymət artımı məhz Rusiya (12,9%) və Serbiyada (10%) gözlənilir.

Maraqlıdır ki, Valyuta Fondunun ehtimallarına əsasən, yalnız Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda 2009-cu ildə inflyasiyanın 5%-dən çox olmayacaq.

Qeyd edək ki, Azərbaycan 27 ölkə sırasında qiymətlərin enməsi üzrə lider dövlət hesab oluna bilər. Xatırladaq ki, 2008-ci ildə ölkədə illik inflyasiya 20,8% təşkil edib. BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda inflyasiya 7% səviyyəsində ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR