Bank Of Baku

MDB ölkələrinin iqtisadiyyatı üçqat zərbəyə məruz qalıb

MDB ölkələrinin iqtisadiyyatı üçqat zərbəyə məruz qalıb
# 24 aprel 2009 13:18 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) yaxın perspektivdə MDB ölkələrinin iqtisadi durumlarında digər ölkələrdən daha çox geriləmənin müşahidə olunacağını proqnozlaşdırır. Bu barədə Fondun qlobal maliyyə sabitliyi haqqında hesabatında deyilir.

«APA-Economics»in məlumatına görə, bu cür ehtimallara səbəb kimi sözügedən ölkələrin iqtisadiyyatına eyni vaxtda bir neçə şokdan ağır zərbənin dəyməsi vurğulanır. Birinci mənfi amil xaricidən maliyyələşmə sahəsində MDB ölkələrinin üzləşdiyi çətinliklər, ikincisi - inkişaf edən dövlətlərdə tələbatın kəskin azalması və bunun nəticəsində əmtəə, o cümlədən enerji daşıyıcılarının kəskin ucuzlaşmasıdır. Azərbaycan, Tacikistan, Türkmənistan, Özbəkistan istisna olmaqla, böhrana qədər digər ölkələr daxili borclanmanı sabit səviyyədə saxlamaq üçün xarici maliyyələşmədən əhəmiyyətli dərəcədə asılı olub və belə borclanma istiqraz və ya depozitlərə daxili tələbatı kəskin qabaqlayıb. Bu təzyiqə əlavə olaraq, korporativ sektor və ev təsərrüfatlarının daxili valyutadan xarici valyutalı aktivlərə keçməsi Rusiya, Qazaxıstan, Belarus və Ukrayna kimi ölkələrdə məzənnə şoku effekti yaradıb.

BVF-nin məruzəsində xüsusilə qeyd olunur ki, MDB-də cari hesab balansının 2007-2008-ci illərdəki cari hesab saldosundan kəskin fərqlənərək 2009-cu ildə sıfır balans vəziyyətinə çatacağı gözlənilir. Bölgədə yalnız Azərbaycan və Türkmənistanın cari hesablar balansında müvafiq olaraq 10,8% və 15,7% artım proqnozlaşdırılır. Bununla yanaşı bildirilir ki, 2010-cu ildə Fondun ehtimallarına görə, Azərbaycanda bu göstəricinin artımı MDB ölkələri arasında maksimal - 18,4% olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR