Bank Of Baku

Vergilər Nazirliyi: «Baku Steel Company»nin fəaliyyətinin dayandırılmasının vergi orqanları ilə əlaqələndirilməsi kökündən yanlışdır»

Vergilər Nazirliyi: «Baku Steel Company»nin fəaliyyətinin dayandırılmasının vergi orqanları ilə əlaqələndirilməsi kökündən yanlışdır»
# 24 aprel 2009 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi ölkənin aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkətinin fəaliyyətinin dayandırılmasının vergi yoxlamasına aidiyyətinin olmadığını bəyan edib.
Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədovun «APA-Economics»ə verdiyi məlumata görə, «Baku Steel Company»də vergi yoxlaması aparılmır və belə bir yoxlama nə indi, nə də yoxlamalar barədə məlumatların KİV-də dərc olunduğu zaman aparılmayıb.
F.Səmədovun sözlərinə görə, səyyar vergi yoxlamaları sənədli təftiş formasında aparılır və bütün hallarda vergi ödəyicilərinin keçmiş dövrdəki fəaliyyətini əhatə etdiyindən, cari fəaliyyətə, o cümlədən istehsal proseslərinə heç bir maneçilik törədə bilməz. «Bir sözlə, vergi yoxlamaları vergi ödəyicilərinin fəaliyyətini dayandırmır və ya hər hansı şəkildə məhdudlaşdırmır. Hazırkı halda sözügedən müəssisənin fəaliyyətinin dayandırılmasının vergi orqanları ilə əlaqələndirilməsi kökündən yanlışdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR