Bank Of Baku

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti «Moody’s»dən reytinq alacaq

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti «Moody’s»dən reytinq alacaq
# 24 aprel 2009 15:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Sığorta Şirkəti (BSŞ) Direktorlar Şurasının sədri Cəmil Sultanovla «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyinin nümayəndələri arasında görüş keçirilib.
«APA-Economics»in məlumatına görə, görüşdə beynəlxalq miqyasda tanınmış kredit reytinqlərinin verilməsi, risklərin tədqiqi və təhlili, həmçinin BSŞ-nin beynəlxalq reytinq almaq imkanları müzakirə edilib.
Reytinqin müəyyən edilməsi üçün əməkdaşlığın birinci mərhələsində BSŞ monitorinq üçün məlumatların siyahısını təqdim etməlidir. Bununla əlaqədar olaraq şirkətdə işçi qrupu yaradılacaq.
Reytinq tədqiqatı şirkətdə vəziyyətin, o cümlədən BSŞ-nin aktivləri, gəlirliyi, kapitalı və maliyyə sabitliyinin kompleks təhlilini nəzərdə tutur. Reytinq alındıqdan sonra məlumatların təzələnməsinə «Moody’s Investors Service» tərəfindən hər il nəzarət olunacaq.
Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalının (8,8 mln. manat) həcminə görə şirkət Azərbaycanda ilk yeri tutur. Hazırda şirkət 29 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR