Bank Of Baku

«VTB-Azərbaycan» bankı vakant iş yerlərinə qəbul elan edib

«VTB-Azərbaycan» bankı vakant iş yerlərinə qəbul elan edib
# 24 aprel 2009 15:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «VTB-Azərbaycan» Səhmdar Kommersiya Bankı (SKB) 28 vakant iş yeri üzrə işə qəbul elan edib. Bankdan «APA-Economics»ə verilən məlumata əsasən, bunların sırasında korporativ biznes idarəsinin rəhbəri, müştərilərlə iş üzrə şöbəsinin rəhbəri, plastik kartlar şöbəsinin rəhbəri, korporativ məhsulların işlənib hazırlanması şöbəsinin aparıcı mütəxəssisi, pərakəndə məhsulların işlənib hazırlanması şöbəsinin aparıcı mütəxəssisi, müştəri xidmətləri idarəsinin rəhbəri, müştərilərə xidmət şöbəsinin aparıcı mütəxəssisi, fiziki şəxslərin kreditləşməsi şöbəsinin kredit eksperti, kredit əməliyyatları uçotu şöbəsinin mütəxəssisi, bank (qeyri-kredit) əməliyyatlarının uçotu şöbəsinin mütəxəssisi, kassa əməliyyatları şöbəsinin mütəxəssisi, xəzinədarlığın rəhbəri, biznes və büdcə planlaşdırması şöbəsinin rəhbəri, baş mühasib, kredit riskləri şöbəsinin aparıcı mütəxəssisi, korporativ hüquq şöbəsinin aparıcı mütəxəssisi, tətbiqi sistemlərin idarə etməsi şöbəsinin veb-masteri, əməliyyat idarəsinin rəhbəri, daxili audit xidmətinin rəhbəri, problemli kreditlər şöbəsinin aparıcı mütəxəssisi, korporativ idarəetmə şöbəsinin katib-referenti, pulların yuyulması və terrorizmin maliyyəşdirilməsinə qarşı mübarizə qrupunun mütəxəssisi vəzifələri var. Bu vakansiyalar üzrə namizədlər sənədlərini may ayının 30-dək təqdim etməlidir.
Həmçinin, kommersiya kreditləşməsi və sənədli əməliyyatlar şöbəsinin rəhbəri, hüquqi şəxslərin kreditləşməsi şöbəsinin kredit eksperti, tətbiqi sistemlərin idarəetməsi şöbəsinin məlumatlar bazasının administratoru, tətbiqi sistemlərin idarəetməsi şöbəsinin proqramçısı, biznes proseslərin optimallaşması şöbəsinin mütəxəssisi, PR və reklam şöbəsinin rəhbəri vəzifələri üzrə işə qəbul aparılır. Bu vakant yerlərə isə sənədlər mayın 15-dək davam edəcək.
Namizədlər tərcümeyi-halı Azərbaycan, rus və ya ingilis dillərində [email protected] elektron ünvana göndərməlidir.
Qeyd edək ki, Rusiyanın VTB (Vneştorqbank) Qrupu aparıcı beynəlxalq maliyyə qurumlarından biridir. VTB Qrupuna daxil olan şirkətlər Avropa, Asiya və Afrikanın 18 ölkəsində maliyyə xidmət və məhsullarını təqdim edir. Ötən ilin oktyabrın 1-nə VTB Qrupu Rusiyanın ikinci ən iri maliyyə qrupu olaraq aktivlərinə (113 mlrd. ABŞ dolları) və müştəri vəsaitlərinə (52,5 mlrd. ABŞ dolları) görə dünyanın ən iri 60 bankı siyahısına daxil edilib. VTB-nin Rusiya və MDB-də regional şəbəkəsi 1001 satış məntəqəsindən ibarətdir ki, bunun hesabına VTB Rusiyanın ən iri pərakəndə bankların üçlüyünə daxildir.
Xatırladaq ki, 2007-ci ildə VTB Azərbaycanın «AF-Bank» Səhmdar Kommersiya Baknının nizamnamə kapitalında 51% iştirak payı alıb. Bu ilin fevralında bankın adı VTB (Azərbaycan) Bankı ASC-yə dəyişdirilib. VTB-nin Azərbaycandakı biznesinin əsas istiqamətləri korporativ və pərakəndə bankçılığı əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR