Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına yeni üzvlər qəbul olunacaq

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına yeni üzvlər qəbul olunacaq
# 27 aprel 2009 06:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın günlərdə Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) daha iki kredit ittifaqı üzv olacaq. AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, bu, hər ikisi Qəbələ rayonunda yaradılan «Vəndam» və «Mıxlıqovaq» ittifaqlarıdır.
E.Bağırov bildirib ki, bununla da quruma üzv olan ittifaqların ümumi sayı 48-ə çatacaq.
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 46-sı qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
Dünyada isə 46 min kredit ittifaqı fəaliyyət göstərir ki, bunların da üzvlərinin sayı 172 mln. nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR