Bank Of Baku

Azərbaycan əhalisi ticarət məsrəflərini I rübdə 10% artırıb

Azərbaycan əhalisi ticarət məsrəflərini I rübdə 10% artırıb
# 27 aprel 2009 07:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 2 806,2 mln. manatlıq və ya 2008-ci ilin müvafiq dövründəkindən 10% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2008-ci ilin birinci rübünə nisbətən 14,2% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 4,9% təşkil edib. Pərakəndə əmtəə dövriyyəsinin real artımının 77,5%-i ticarət müəssisələrinin, 22,5%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 108,4 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 16,6 manat çox müxtəlif istehlak malları alıb. Bu artım ticarət müəssisələrində 11,3 manat, bazar və yarmarkalarda isə 5,3 manat təşkil edib.
Alıcılıq qabiliyyətinin yüksəlməsi nəticəsində qeyri-ərzaq mallarının payının artmasının müşahidə olunmasına baxmayaraq, 2009-cu ilin ilk üç ayında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 65,7% olub. Hesabat rübündə əhaliyə 1 844,4 mln. manatlıq ərzaq, 961,8 mln. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi müvafiq olaraq 10,8% və 8,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR